“Çılpaq bənövşə, bura sənin üçün Fransa deyil, Azərbaycandı” “Çılpaq bənövşə, bura sənin üçün Fransa deyil, Azərbaycandı”

Əli Mirəliyevin Cennifer Lopezə vacib sözü varmış

“Çılpaq bənövşə, bura sənin üçün Fransa deyil, Azərbaycandı”



"Cennifer Lopez kimdir? Mən belə müğənni tanımıram. O, bəyəm müğənnidir? Cennifer Azərbaycan mədəniyyətinin düşmənidir". Bunu AzNews.az-a açıqlamasında Əli Mirəliyev deyib.

Müğənninin fikrincə, qadın səhnədə deyil, hamamda və yataqda soyunar: "Soyunub, çılpaq çıxıb səhnəyə. Oxumaq, səhnə hara, soyunmaq hara? Saunada, hamamda, yataqda soyunarlar. Bu nə bizə lazımdır, nə xalqımıza, nə də mentalitetimizə. Cavanlar oturub zalda baxırlar. Bizim müğənnilər də sabah səhnəyə lüt çıxacaq. Onun qarşısını kim alacaq? Qayıdıb deməzlər ki, ha bəs Cenniferdi, nədir, o niyə soyundu? Bu kimə lazımdır? Sabah bu yetişən cəmiyyətdən nə gözləyəcəksən? Avropaya getmək o demək deyil, ki, biz öz adət-ənənəmizi unudaq? Müsəlmançılığımızı yadımızdan çıxaraq? Bu nədir? Belə konsertlərə nəinki getmək, heç onların Azərbaycana gəlişi düzgün deyil. Klassika oxuyanlar var, qapımızı onların üzünə açmalıyıq. Amma meymun kimi atlanıb-düşmək kimə lazımdır?"

Ə.Mirəliyev Cennifer Lopezə pul xərcləməyi xəyanət adlandırıb: "Yaxşı olardı ki, bu pul Azərbaycan mədəniyyətinə xərclənərdi. Kimdir o? O, xanımı mən görsəydim, deyərdim ki, çılpaq bənövşə, bura sənin üçün Fransa deyil, Azərbaycandı. Oxumaq yoxdursa, nə etməlidir?

Azərbaycanın pulunu gör hara xərcləyirlər? Küçədən keçən zil-zibilə verirlər. Gərək çıxıb özümüzü öldürək? Bizə vermirlər, amma Cenniferdi, nə zibildi ona verirlər. Biz öz arvad, uşağımıza qiymət verməmişik. Rusa, ingilisə pul verirlər, özümüzünkünə isə yox, çünki Cenniferləri gətirənlərin gözündə bizim xanımlar bozbaş iylənir".

Bahar
AzNews.az