Şakira: “Bakıdakı çıxışımı səbirsizliklə gözləyirəm”

Məhşur müğənni Şakira Bakıya gəlməyə tələsir. AzNews.az-ın məlumatına görə, bu barədə müğənni "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

"Bakıdakı çıxışımı səbirsizliklə gözləyirəm. Çox tezliklə görüşərik".

Qeyd edək ki, Şakiranın rəsmi saytında Bakıdakı çıxışlar haqqında da informasiya yerləşdirilib. Məlumata görə, müğənni oktyabrın 13-də 17 yaşadək qızlar arasında futbol üzrə Dünya çempionatı çərçivəsində Tofiq Bəhramov adına stadionda, oktyabrın 14-də isə "Baku Crystal Hall"da çıxış edəcək.

Fuad Mədətov
AzNews.az