Stilist Pərviz Mirzəyev Azərbaycanın bir çox sənət adamlarını zövqsüzlükdə ittiham edib. Stilist Pərviz Mirzəyev Azərbaycanın bir çox sənət adamlarını zövqsüzlükdə ittiham edib.

Müğənnilər stilistə cavab verdi: “Onu Allah vurub”

Stilist Pərviz Mirzəyev Azərbaycanın bir çox sənət adamlarını zövqsüzlükdə ittiham edib.

O, müğənnilərdən - Nüşabə Ələsgərli və Ruhəngiz Musəvini "zövqsüz" adlandırıb.

Pərviz Mirzəyev Almaz Ələsgərlinin saç düzümünü bəyənmədiyini, xalq artisti Brilliant Dadaşovanın geyimləri ilə saç stilinin uyğunlaşdırılmadığını deyib.

Məşhurların stilistə cavabı isə özünü çox gözlətməyib.

Xalq artisti Brilliant Dadaşova AzNews.az-a P.Mirzəyev adlı bir stilisti tanımadığını bildirib: "Onun açıqlamaları mənə qətiyyən maraqlı gəlmədi. Yaxşı olar ki, hədəfi qoy düzgün seçsin".

Müğənni Nüşabə Ələsgərli isə bu stilist haqqında danışmaq istəmədiyini vurğulayıb: "Onu Allah vurub. Allah vuran insan haqqında nə danışım".

Qeyd edək ki, stilist bu açıqlamaları ATV televiziyasında yayımlanan "Gündəlik" verilişində deyib.

Lalə