06:24
(077) 610-22-33

Aygün Kazımova yetim qızın toyuna getməyəcək - SƏBƏB

  • >
4 127 17 Mart 2015 13:55 | Şou-biznes

Azərbaycanın adlı-sanlı sənətçiləri Gəncə şəhər Ruhi-Əsəb dispanserində məskunlaşan Nataşa adlı kimsəsiz qızın bu gün baş tutacaq toy mərasimində iştirakdan imtina ediblər.



AzNews.az xəbər verir ki, müğənnilər bunu maliyyənin olmaması ilə əlaqələndiriblər.

Ümumilikdə isə toya 16 sənət adamı dəvət edilib. Onların arasında xalq artisti Aygün Kazımovanın da adı olub, amma müğənni Türkiyəyə gedəcəyi üçün toyda iştirak edə bilməyəcəyini vurğulayıb. Hətta, bir zamanlar uşaq evində böyüyən müğənni Bahar Lətifqızı da bu toya getməkdən boyun qaçırıb.

Sənət adamlarının bu biganəliyini görən dispanserin müdiri tanınmış jurnalist, "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızından kömək istəyib.

X.Hidayətqızı işə qarışandan sonra Aygün Kazımovanın prodüseri Tolik o toyda Aygün xanımı Elton Hüseynəliyevin əvəz edəcəyini deyib: "Bunun üçün biz ondan xahiş etmişik".

Toyda iştirak edəcək digər 2 sənət adamının da adları bəlli olub. Bunlar əməkdar artist Gülüstan Əliyeva və rəqqasə Fatimədir.

Xatırladaq ki, fevralın 15-də Nataşaya Gəncə şəhərində nişan mərasimi keçirilib. Həmin mərasimdə X.Hidayətqızı və onun həyat yoldaşı, Türkiyənin məşhur sənətçisi Doğuş da iştirak edib.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X