Bu gün toylarımızı dəvət etdiyimiz müğənnilərin toy qiymətləri həqiqətən də dodaq uçuqladır. Bu gün toylarımızı dəvət etdiyimiz müğənnilərin toy qiymətləri həqiqətən də dodaq uçuqladır.

Toylara gedən müğənnilər - kim nə qədər qazanır? - SİYAHI

Bu gün toylarımızı dəvət etdiyimiz müğənnilərin toy qiymətləri həqiqətən də dodaq uçuqladır.

Bu qiymətlərə nəzər saldıqda insanın gözü odlanır, nitqi tutulur - 12 minə, 10 minə, 8 minə, 6 min manata gedən kim, onların pulunu çatdıran kim...

Görəsən, bu müğənnilərimiz dövlətə olan vergi borclarını necə ödəyə bilirlərmi? Məsələ ilə bağlı AZADİNFORM-a danışan Vergilər Nazirliyinin Analitik İnformasiya şöbəsinin rəisi Şahin Məmmədov bildirib ki, Vergilər Nazirliyi istər müğənnilər, istərsə də şou-biznes fəaliyyəti ilə məşğul olan digər sәnət adamları ilə bağlı müntəzəm olaraq maarifləndirmə və nәzarət tədbirləri keçirir, vergidәn yayınanlara xəbərdarlıqlar göndərir: "Lakin həqiqətən də, bu fəaliyyət sahiblərinin vergi öhdəliklərinə tam və könüllü əməletmə səviyyәsi qənaətbəxş hesab oluna bilməz. Büdcədən yayındırılmış vergi məbləğinin həcmindən asılı olaraq belələrinə qarşı müvafiq inzibati tədbirlər görülür. Kimin hansı dərəcədə məşhurluğundan asılı olmayaraq, vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir. Buna məhəl qoymayanlar isə gec-tez ciddi sanksiyalarla, eləcə də digər məsuliyyətə cəlbetmә tədbirləri ilə üzləşirlər. Hazırda şou biznes fəaliyyəti ilə məşğul olan və vergi orqanında qeydiyyatda olan şəxslərin sayı 1086 nəfərdir. Şadlıq evləri ilə bağlı məsələyə gəlincə, bu sahə də daim vergi nəzarətində saxlanılır. 2015-ci ilin yanvar-fevral ayları üzrə belə obyektlər tərəfindən dövlət büdcəsinə daxilolmaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artıb".

Qeyd edək ki, ciddi cəhdlərimizə və bir neçə gün gözləməyimizə baxmayaraq Vergilər Nazirliyindən hansı müğənninin nə qədər vergi ödədiyi və yaxud da borclu olduğu barədə konkret rəqəmlər əldə edə bilmədik. Nazirliyin şöbə rəisi Şahin Məmmədov yalnız yuxarıda dedikləri ilə kifayətləndi. AZADİNFORM isə müxtəlif mənbələrdən, xüsusən də "toy işi"nə baxan bəzi prodüserlərdən müğənnilərin toy qiymətləri ilə bağlı əldə etdiyi siyahını təqdim edir:

Faiq Ağayev - 12.000 manat
Brilliant Dadaşova - 10.000 manat
Abbas - 10.000 manat
Nadir Qafarzadə - 10.000 manat
Nazpəri - 10 000 manat
Ramal -10.000 manat
Elton - 8000 manat
Xatirə İslam - 6 000 manat
Aygün Bəylər - 6 000 manat
Cabbar və Könül - 6 000 manat
Təranə və Musa - 6000 manat
Mətanət İsgəndərli - 6 000 manat
Zamiq - 6 000 manat
Vasif Məhərrəmli - 6 000 manat
Səməd Səmədov - 6000 manat
Manaf Ağayev - 5 000 manat
Ayaz Qasımov - 5 000 manat
Samir Piriyev - 5 000 manat
Elçin Cəfərov - 5000 manat
Xəyyam Nisanov - 5 000 manat
İzzət Bağırov - 5000 manat
"Şeron" qrupu - 4000 manat
"Qala" qrupu - 4000 manat
Emil Bədəlov - 4000 manat
Elvin Abdullayev - 4000 manat
Şəbnəm Əsədova(Tovuzlu) - 4000 manat
Elariz - 4000 manat
Elçin Hüseynov - 4000 manat
Kərim - 4 000 manat
Nüşabə Ələsgərli - 4 000 manat
Almaz Ələsgərova - 4 000 manat
Baloğlan - 4 000 manat
Elnarə Abdullayeva - 4 000 manat
Cavanşir - 3 500 manat
Könül Xasıyeva - 3 000 manat
Zenfira İbrahimova-3000 manat
Xatun - 3 000 manat

Toyda 30 dəqiqəlik çıxış:

Röya - 6000 manat
Aygün Kazımova - 5 000 manat
Brilliant Dadaşova - 4 000 manat
Faiq Ağayev - 4 000 manat
Ədalət Şükürov - 3000 manat
Abbas Bağırov - 3000 manat
Zamiq - 3000 manat
Nadir Qafarzadə - 3000 manat
Rəqsanə - 2 500 manat
Sevda Yahyayeva - 2500 manat
Cabbar-Könül - 2 500 manat
Xumar Qədimova - 2 000 manat
Tünzalə Ağayeva - 2 000 manat
Rəhim Rəhimli - 2 000 manat
Nüşabə Ələsgərli - 2 000 manat
Təranə Musayeva - 2 000 manat
Elnarə Abdullayeva - 2 000 manat
Manaf Ağayev - 2 000 manat
Xatirə İslam - 2 000 manat
Mənsun İbrahimov - 2 000 manat
Səidə Sultan - 1500 manat
Xuraman Şuşalı - 1500 manat
Vasif Məhərrəmli - 1500 manat
Xəyyam Nisanov - 1500 manat
İzzət Bağırov - 1500 manat
Aşıq Əli - 1 500 manat
Şəbnəm Əsədova (Şəmkirli) - 1500 manat
Aşıq Telli - 1 500 manat
Leyla Ramazanlı-1500 manat
Almaz Ələsgərova - 1 000 manat
Könül Xasıyeva - 1 000 manat
Xatun - 1 000 manat
Səməd Səmədov - 1 000 manat
Ayan - 1 000 manat
Elariz - 1 000 manat
Zöhrə Abdullayeva - 1 000 manat
Teymur Əmrah - 1 000 manat
Nura Suri - 1 000 manat
Zenfira İbrahimova-1000 manat
Rüfət Axundov - 1000 manat
Zabit Nəbizadə - 1000 manat
Faytonçu Nazim - 1000 manat