04:26
(077) 610-22-33

Moskvada döyülən müğənni danışdı: “Onların kişiliyi yoxdur”

  • >
3 163 26 Mart 2015 18:05 | Şou-biznes

Müğənni Vüqar Muradov Moskvada meşədə döyülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Müğənni atv.az-a açıqlamasında döyüldüyünü təsdiq edib:

"Elə hərəkəti ancaq nakişi edərdi. Sadəcə məsələ belə olub. Bir insanın mənimlə şəxsi problemi olub və görüb ki, onu mənimlə üzbəüz həll etməyə nə cəsarəti, nə gücü, nə də ki, kişiliyi çatacaq. O zaman belə binamusluğa, şərəfsizliyə əl atıb. Deyirlər, guya, mən imişlilər haqqında nəsə demişəm. İmişlidən mənim ən yaxın dostlarım var. Ən yaxın dostum İlkin elə İmişlidəndir. Bölgə söhbəti edən atasını tanımayan insandır. Bölgə söhbəti edən insan valideynlərindən xəbərsiz biridir. Baxın, xahiş edirəm belə də yazın. İmişli də, Kürdəmir də, Göyçay da, Naxçıvan da mənimdir. Bütün Azərbaycana qurban olum. Elə bil zombi idilər. Kiminsə mənə gücü çatmır, gedib o insanlara deyib ki, Vüqar imişliləri təhqir edib, onları söyüb. Həmin adamların da kişiliyi yoxdur ki, bir zəng edib soruşsunlar ki, ay Vüqar məsələ necə olub? Onların qeyrəti, şəxsiyyəti çatışmadığı üçün belə addım atdılar. Yeddi-səkkiz nəfər idilər".

Vüqar həmçinin soyundurularaq döyülməsinə də münasibət bildirib: "Onu deyən insan qələt edir. Onu kimsə deyib, şou yaradır. Əgər məni kimsə soyundurub, döysəydi, həmin gün boynumu sındırıb, özümü öldürərdim. Mən bu dünyaya kişi olaraq gəlmişəm, heç vaxt nakişi olaraq getmərəm".
Bağla X