09:13
(077) 610-22-33

Vüqarın döyülməsində günahlandırılan prodüser danışdı

  • >
2 510 27 Mart 2015 15:25 | Şou-biznes

Müğənni Vüqar Muradovun Moskvada döyülməsi ilə bağlı xəbərdə adı hallanan prodüser Rizvan Məmmədov açıqlama verib.



AzNews.az axşam.az-a istinadən xəbər verir ki, R.Məmmədov hadisə ilə heç bir əlaqəsi olmadığını söyləyib:

"Vüqarı toya mən dəvət etməmişəm. Bu günə kimi Moskvada çox toya müğənni danışmışam. Bir prodüser kimi bu sahədə məlumatım var. Ona görə də, Vüqar mənə zəng etdi ki, Moskvadan toy dəvəti almışam, nə qədər qiymət deyim? İlk dəfə idi Moskvaya toya çağrılırdı deyə, məndən məsləhət aldı. Mən də dedim nə köməklik lazım olsa, mənə zəng vur. Ondan sonra Vüqarla əlaqəm olmayıb.

Onu toya mən dəvət etməmişəm, hadisədə heç bir əlim yoxdur. Ruslan Əhmədoğlunu, Fidan Süleymanovanı tanımıram. Vüqar bu gün Bakıya qayıdıb, onunla danışıb məsələyə aydınlıq gətirəcəm. Vüqar dostlarını yığanda deyib ki, Rizvanı tapın. Mənim nömrəmi də Aşıq Samirədən (keçmiş həyat yoldaşı - red.) alıblar. Azərbaycanda deyildim, dünən qayıtmışam. Burada olmadığıma, telefonuma zəng çatmadığına görə, günahı mənim üstümə atıblar ki, Rizvanın əli var".

Qeyd edək ki, V.Məmmədov bir neçə gün əvvəl Moskvada tanımadığı şəxslər tərəfindən meşəyə aparılaraq vəhşicəsinə döyülüb.
Bağla X