06:44
(077) 610-22-33

Döyülən müğənni itthamlara cavab verdi: “Hər şeyi danışacağam”

  • >
4 850 27 Mart 2015 15:45 | Şou-biznes

Moskvada döyülən azərbaycanlı müğənni Vüqar Muradov baş verən olay və haqında səslən fikirlərlə bağlı AzNews.az-a geniş açıqlama verib.

O, hazırda Moskva polisinin məsələni araşdırdığını deyib: "Özümü indi nisbətən yaxşı hiss edirəm. Hazırda Bakıdayam. Mənim başıma gələnlərin arxasında heç nə dayanmır. Açığı, məsələ ilə bağlı hələ ki, geniş danəşmaq istəmirəm. Qoy hüquq-mühafizə orqanları bu işlə məşğul olsunlar. Danışmağa heç halım da yoxdur, özümə gəlim, verilişlərə çıxaram, olanlar barədə geniş danışaram, hər şeyi deyərəm".

Müğənni onu döyənlərin saxlanıb-saxlanılmaması barədə məlumatsız olduğunu dilə gətirib: "Məh hələlik heç nə bilmirəm. Bu barədə Moskvanın hüquq-mühafizə orqanları açıqlama verəcək".

Vüqar Muradov rejissor Kənan M.M-in adının onun döyülməsində hallandırılması ilə bağlı məsələyə də münasibət bildirib: "Kənan M.M qardaşımdır, mənim öz qanımdan, öz canımdandır. Onunla mənim heç bir problemim yoxdur. Vaxtı ilə anlaşılmazlıq olub, amma indi bizim çox yaxşı münasibətimiz var. Özü də yaxşı insandır. Bu barədə heç kim heç nə deyə bilməz".

V. Muradov müğənni Səidə Dadaşovanın keçmiş həyat yoldaşı Səlcuq Gökgözə 3000 min dollar borclu olduğu ilə bağlı iddialara da cavab verib. "Nə Səlcuq? Nə pul? Hər kəsin dediyinə inanmaq olmaz. Mən də açıqlama verə bilərəm ki, biri mənə 10 min dollar pul atıb. Mənim heç kimə bir manat da borcum yoxdur".

Qeyd edək ki, vaxtı ilə "Yeni ulduz" yarışmasının iştirakçısı olan V.Muradov bir neçə gün öncə Moskvaya toya dəvət olunub. Səfər zamanı Moskvada naməlum şəxslər tərəfindən qarşılanıb. Həmin şəxslər onu meşəyə apararaq işgəcə veriblər.

Bahar RÜSTƏMLİ
Bağla X