ATV telekanalının “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva ilə rəqqasə Göyçək Fatimə arasında qalmaqal ölkə mediasının gündəmindən düşmür. ATV telekanalının “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva ilə rəqqasə Göyçək Fatimə arasında qalmaqal ölkə mediasının gündəmindən düşmür.

Göyçək Fatimə aparıcı Mətanətlə münasibətindən danışdı

ATV telekanalının “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva ilə rəqqasə Göyçək Fatimə arasında qalmaqal ölkə mediasının gündəmindən düşmür.



Qalmaqala səbəb isə aparıcının öz verilişində Fatimə xanımın rəqsini bəyənməməsi olub. Bu zaman rəqqasə özünü saxlaya bilməyərək göz yaşları töküb.

Göyçək Fatimə bu olaya münasibət bildirib.

O, AzNews.az-a deyib ki, hazırda aparıcı Mətanət Əliverdiyeva ilə münasibətləri qaydasındadır:
"Ötən gün Roza Zərgərlinin ad günündə jurnalistlər məndən Mətanətlə bağlı münasibətimizi soruşdular. Mən də acıqlama verdım ki, kövrək insan olduğum üçün verilişdə səslənən bir fikir mənə təsir etmişdı. Buna da aydınlıq gətirilib. Hazırda Mətanət xanımla da münasibətimiz çox gözəldi. Bu açıqlamanı qalmaqal yarada biləcək başlıqla verməyə və şouya çevirməyə ehtiyac yoxdur".

Lalə
AzNews.az