14:04
(077) 610-22-33

Kayahan kimdir? – 25 il xərçənglə mübarizə aparan sənətkar

  • >
5 930 3 Aprel 2015 11:58 | Şou-biznes

29 mart 1949-cu ildə İzmirdə anadan olan Kayahan Açar 1991-ci ildə çıxardığı "Əmin etdim" adlı albomu ilə satış rekordları qırıb.



AZNEWS.AZ xəbər verir ki, albomda ən çox sevilən söz bu olub: "Yolu sevgidən keçən hər kəslə bir gün bir yerdə görüşərik".

Uşaqlar üçün də mahnılar yazan usta sənətkarın 1992-ci ildə buraxdığı "Otaqlarda işıqsızam" albomu da yenə böyük uğur qazanıb.

Kayahanın "Əmrin olar" (1997-ci il), "Könül səhifəm" (2000-ci il) və "Nə oldu can" (2002-ci il) albomları yenə də zirvədə yer alıb.

O, 1999-cu ildə həyatını özü kimi müğənni olan İpək Tüterlə birləşdirib.
İlk dəfə 1990-cı ildə xərçəng xəstəliyinə yaxalanan Kayahan bu xəstəlikdən dəfələrlə müalicə edilsə də sonda ona məğlub olub.

3 dəfə evlilik həyatı yaşayan Kayahanın Beste və Əsli Gönül adlı iki uşağı var.














Bağla X