05:38
(077) 610-22-33

Ayanla Azis bir səhnədə - möhtəşəm Bakı şousu

  • >
3 582 7 May 2015 09:47 | Şou-biznes

Bolqarıstanın məhşur ulduzu Azis Milana Bakıya gəlir.


AzNews.az xəbər verir ki, Azis Milana Bakı səhnəsini estrada sənətində öz dəsti xətti ilə seçilən azərbaycanlı müğənni Ayan Babakişiyeva ilə bölüşəcək. Cütlüyün konserti iyulun 25-nə "Nar şərab"da baş tutacaq.

Konsertin təşkilatçısı Samir Xəttab Bolqar popçu ilə Ayan xanımın səhnə performansının uğurlu alınacağını deyir. Konsertdə xanım sənətçimizin yeni mahnıları kimi onun yenilənən stili də tamaşaçısını heyran qoyacaq.

A.Babakişiyeva həmin günün bayrama çevriləcəyinə söz verib:
"İmici ilə fərqlilik yaradan Azis bu konsertdə təəccübləndirə biləcək yeganə ifaçı olmayacaq. Möhtəşəm şou, qeyri-adi geyimlərim və səhnə görüntüləri hazırlanır. Stilim artıq müəyyən olunub, amma bunu indi açıqlamayıb, konsert günü üzərimdə göstərəcəm. Azis səsini dinləyib, bəyəndiyim ifaçıdı. Onunla səhnəni məmnuniyyətlə paylaşıb, əsl şou yaradacağımıza əminəm".

Bahar RÜSTƏMLİ
image description
Bağla X