Prodüser Tolik xalq artisti Aygün Kazımovanın “Maşın” realiti şousundan uzaqlaşdırılmasına münasibət bildirib. Prodüser Tolik xalq artisti Aygün Kazımovanın “Maşın” realiti şousundan uzaqlaşdırılmasına münasibət bildirib.

“Aygünün o maşına da, verilişə də ehtiyacı yox idi” - Tolik

Prodüser Tolik xalq artisti Aygün Kazımovanın “Maşın” realiti şousundan uzaqlaşdırılmasına münasibət bildirib.


"Qafqazinfo"nun məlumatına görə, bu haqda sosial şəbəkədə məlumat yayan Tolik xalq artistini layihədən uzaqlaşdıran Mehriban Xanlarovaya müğənni Natavan Həbibinin səs verdiyini vurğulayıb:

"Mənə boş-boş yazmayın ki, niyə Aygün Kazımovaya səs istəməmişəm. Nə olsun ki, prodüseriyəm? Gərək o yarışmaya getməzdi. Çünki o maşına da, verilişə də ehtiyacı yox idi. Amma dostunun sözünü yerə salmayıb ora qatıldı.

İndi özü və sevgilisi kabinetdə oturub gülürlər. Amma anlamırlar ki, Aygün sınmaz qaladır. Aygün elə Aygündür. O səsvermədə uduzub. O səsləri də xalq verməyib. Xalqın işi-gücü qurtarıb ki, verilişə səs versin? Səs verənlər kiminsə sevgilisi, dostudur.

Əsas odur ki, mən sizin nəfəsinizi kəsmişəm. Natavan Həbibi səhifəsində bayram edib. Ay yazıq, həyatını qaraltmışam. Məhkəmədə məni uda bilərsən, səndən üzr istəyə də bilərəm. Əsas odur ki, yollarını bağlamışam. Ortalıqda qalmısan, nə toyun, nə tədbirin var. Düzdür, səni yenə gündəmə gətirdim. Amma nə edim ki, kabinetdə oturmaqdan kor olmusan. Aygünü heç olmasa, ayda 10 dəfə xalqın toylarında görmək olur. Ay yazıq, kabinetdə çürümüsən, hansı gününə sevinirsən?".