17:51
(077) 610-22-33

Daha hansı verilişlər bağlanacaq? – TV-lərdən açıqlama

  • >
6 186 2 Oktyabr 2015 14:26 | Şou-biznes

Milli Teleradio Şurasının qərarına əsasən Azərbaycan teleməkanında bir çox reytinqli verilişlər efirdən yığışdırılıb.


ANS Müstəqil Yayım və Media Şirkətinin (MYMŞ) "Sən Tək deyilsən!" və "Xoşqədəmlə axtarıram səni", həftə içi yayımlanan "Şokolad" və şənbə günü efirə gedən "A-dan Z-yə" proqramları da dayandırılıb, "Günə baxan" verilişinin isə formatı dəyişdirilib. Həmçinin ATV televiziyasında Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Öz aramızda" verilişinin yayımını dayandırılıb.

Bu verilişlərin ard-arda bağlanması isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə və mətbuatda aparılan müzakirələrdə tanınmış şəxslər sözügedən verilişlərin dayanmasının əleyhinə olsa da, bəziləri bunu müsbət addım kimi dəyərləndirib. İndi televiziya tamaşaçılarını maraqlandıran bir sual var.

Bəs kanalların daha hansı verilişi bağlanacaq?

"Xəzər" televiziyasının sözçüsü Aqşin Kamal AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən kanalda heç bir verilişin bağlanması nəzərdə tutulmayıb: "Həmin iclasda "Xəzər" televiziyasının da rəhbərliyi iştirak edib. Bizim kanalda heç bir verilişin bağlanması nəzərdə tutulmayıb. Amma məsləhətlər, tövsiyələr "Xəzər"ə də verilib. Biz də daxildə həmin tövsiyələri səlahiyyətli şəxslərlə müzakirə edib ondan nəticə çıxarmağa çalışacağıq".

"Space" və "Lider" telekanallarından isə bildirdilər ki, hazırda sözügedən televiziyalarda yayımlanan verilişlərin heç birinin dayandırılması ilə bağlı müzakirə aparılmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X