Deputatlığa namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan imza vərəqələrini 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyasına təhvil verib. Deputatlığa namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan imza vərəqələrini 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyasına təhvil verib.

DSK sədri və MSK Elzanın yalanını açdı – 10 min deyil, 550 imza toplayıb (Yenilənib)

Deputatlığa namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan imza vərəqələrini 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyasına təhvil verib.


O, mətbuata açıqlamasında iki günə 10 050 imza topladığını deyib. 54 saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov AzNews.az-a açıqlamasında bildirib ki, Elza Seyidcahan 550 imza toplayıb: "Sənədləri yoxlanılıb. Və Dairə Seçki Komissiyası aidiyyəti üzrə Elza xanıma 11 imza vərəqi təqdim edib. Elza xanım həmin imza vərəqələrini bizdən götürüb və 550 imza ilə birlikdə Dairə Seçki Komissiyasına qaytarıb".

S.Təhməzov qeyd edib ki, hazırda bəstəkarın imzaları Dairə Seçki Komissiyasının işçi qurupu tərəfindən yoxlanır: "Sənədlərə baxılır. İşçi qurupu sonda nə qərar verəcək, onu deyə bilmərəm".

Məlumat üçün bildirək ki, Elza Seyidcahan bu gün mətbuata açıqlama verərək 10 050 imza topladığını bildirib. Lakin Dairə Seçki Komissiyası ona yalnız 11 imza vərəqi təqdim etdiyini qeyd edib. Bir imza vərəqində isə yalnız 50 nəfər imza ata bilər. Buradan praktiki olaraq Elza Seyidcahanın 10 050 imza toplamasının mümkün olmadığı görünür.

***
12:10

Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov isə açıqlamasında bildirib ki, praktiki olaraq Elza Seyidcahanın 10 050 imza toplaması üçün əlində o qədər imza vərəqəsi olmamalıdır: "İmza toplamanın yuxarı həddinə qadağa yoxdur. İstənilən sayda imza toplamaq olar.

Amma parlament seçkilərində bir məhdudiyyət var. Bu da həmin dairənin ərazisində yaşayan seçicilərin sayı ilə əlaqəlidir. Parlament seçkilərində bir şəxs yalnız bir dairənin ərazisində imza toplaya bilər. Yəni nəzəri baxımdan bu mümkündür ki, 10 000 imza toplasın. Amma bizim rastlaşdığımız praktika belədir ki, namizədlər bir qayda olaraq dairələrdən təqribən 550 və 600 imzalıq sənədlər götürürlər. Çox götürmürlər. Biz Elza Seyidcahanın sənədlərinə baxandan sonra bu barədə nəsə deyə bilərik. Ümumilikdə, namizəd 450-dən aşağı olmayaraq imza toplamalıdır. Prinsipcə onu toplamaq üçün onun əlində o qədər sənəd olmamalıdır".


Natiq Məmmədov qeyd edib ki, Elza Seyidcahan onların verdiyi sənədlərdən əlavə hansısa bir digər kağız daşıyıcısı üzərində imza toplayıbsa, bu məsələ araşdırılacaq.


Bahar RÜSTƏMLİ
AzNews.az