20:45
(077) 610-22-33

ANS MTRŞ-nı məhkəməyə verdi

  • >
1 869 7 Oktyabr 2015 13:04 | Şou-biznes

“ANS” Teleradio Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, şirkət MTRŞ tərəfindən verilən qərarların qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmənin birinci iclası oktyabrın 9-na təyin edilib. İşə hakim Müseyib Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin iclasda ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb.

ANS televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən 19.00-dək yayımlanan "Sən tək deyilsən" proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan "Xoşqədəmlə axtarıram səni" proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

Oktyabrın 5-də MTRŞ-nın keçirdiyi iclas zamanı isə ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata baxılıb.

ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan "Salam, Azərbaycan" proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul edilib.

"Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13.2-ci madəsinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.5-ci maddəsinə uyğun olaraq "ANS Müstəqil Yayım və Media Şirkəti"nə ANS televiziyasının efirində 01.10.2015-ci il tarixində saat 16:20-19:00 arası yayımlanan "Sən tək deyilsən" verilişində sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Sən tək deyilsən" verilişinin 02.10.2015-ci tarixli buraxılışında sponsorluğa dair qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, 04 oktyabr 2015-ci il tarixdə saat 21:30-24:00 arası yayımlanan "Xoşqədəmlə axtarıram səni" verilişində sponsorluq haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Salam Azərbaycan" verilişinin 01.10.2015-ci il tarixli buraxılışında sponsorluqla əlaqəli qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Salam Azərbaycan" verilişinin 02.10.2015-ci il tarixli buraxılışında eyni səbəblə qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Salam Azərbaycan" verilişinin 03.10.2015-ci il tarixli buraxılışında eyni səbəblə qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, 05.10.2015-ci il tarixli buraxılışında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Şokolad" verilişinin 18.09.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Şokolad" verilişinin 21.09.2015-ci tarixli buraxılışında eyni hala görə 6000 (alti min) AZN, ümumilikdə 54 000 (əlli dörd min) AZN məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul olunub.
Bağla X