Türkiyənin tanınmış teatr və kino aktyoru Levent Kırca 67 yaşında dünyasını dəyişib. Türkiyənin tanınmış teatr və kino aktyoru Levent Kırca 67 yaşında dünyasını dəyişib.

Tanınmış türk aktyor öldü

Türkiyənin tanınmış teatr və kino aktyoru Levent Kırca 67 yaşında dünyasını dəyişib.


AzNews.az xəbər verir ki, aktyor bir müddətdir qaraciyər xərçəngi xəstəliyindən müalicə aldığı Pendik Marmara Təhsil və Araşdırma Xəstəxanasında yerli vaxtla saat 02.40-da (Bakı vaxtıyla 04.40) ölüb.

Levent Kırcanın bir həftə əvvəl xəstəliyi ağırlaşdığı üçün xəstəxanaya aparılıb. Amma aktyor iyul ayından bəri xəstəlik səbəbi ilə kemoterapiya olunurmuş.

Levent Kırca 1948-ci ildə Türkiyənin Samsun şəhərində anadan olub. Aktyor ilk dəfə 1964-cü ildə Ankara Dövlət Teatrında səhnəyə çıxıb. Bir çox kino və teatr tamaşalarında yadda qalan obrazlar canlandıran Leven Kırcan "Olacaq o qədər" tamaşaları ilə tanınıb. 1988-ci ildə başlayan və televiziya kanallarında yüksək reytinqlə izlənən "Olacaq o qədər" tamaşaları 22 il davam edib.

1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən aktyora verilən "Dövlət sənətçisi" titulu 2015-ci ildə geri alınıb. Aktyorun ikisi ilk iki həyat yoldaşından, ikisi də aktrisa Oya Başardan olmaqla 4 övladı var. Aktyorun həmçinin Sankt Peterburq "Bal mumu heykəlləri muzeyi"ində heykəli olan yeganə türkdür.

Aktyor 2011-ci ildən "Aydınlıq" qəzetində köşə yazarlığı edir. 2013-cü ildən "Ulusal" telekanalın direktoru olan ölənə qədər bu kanalda idarə heyətinin sədri olub.

O həmçinin , Vətən Partiyasının Mərkəzi İcra heyətinin üzvüdür.

Sevinc Yasinqızı
AzNews.az