09:37
(077) 610-22-33

“ANS-i müdafiə edənlərin aqibəti bəllidir” – MTRŞ rəsmisi

  • >
2 398 14 Oktyabr 2015 16:15 | Şou-biznes

“Ölkə qanunlara riayət etmədiyinə, insanların problemlərini şouya çevirdiyinə görə cəzalanan ANS-ə xaricdən dəstək verilməsi ilə bağlı informasiyalar yayılıb. Amma bir ölkənin daxili işlərinə xaricdən istənilən səviyyədə müdaxilə yolverilməzdir. Azərbaycanda bu işə qol qoyan bir çoxlarının aqibəti də bəllidir”.


AzNews.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının Ekspertiza, Proqramlaşdırma və Analitik Şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Qurum rəsmisi daha sonra bunları bildirib: "Anspress.com saytında kanala Rusiyadan bir qrup incəsənət adamının "dəstək verməsi" ilə bağlı informasiyalar yer alıb. Əlbəttə ki, bunun təşkil olunmuş iş olduğu aydın məsələdir. Amma bu cür işləri görənlər yəqin ki, odla oynadıqlarının fərqindədir.

Əvvəla ona görə ki, bir ölkənin daxili işlərinə xaricdən istənilən səviyyədə müdaxilə yolverilməzdir. Azərbaycanda bu işə qol qoyan bir çoxlarının aqibəti də bəllidir.

Digər tərəfdən, xaricdən dəstək verənlərin kimliyi də vacib məsələdir. Həmin altı nəfər rus incəsənət nümayəndələri arasında Anna Şatilovanın,Vladimir Maşkovun, Emmanuil Vitorqanın adları da yer alıb. Əslində incəsənət adamları sərbəst insanlar olur. Bu, aydındır. Amma məlumdur ki, bizim torpaqlarımızın 20%-i Ermənistan tərəfindən işğal olunub. Və Ermənistana isti münasibət sərgiləyən istənilən şəxsə qarşı yerli ictimaiyyətdə təbii olaraq müəyyən qıcıq var.

Məhz buna görə də biz azərbaycanlılar bu nöqtədə həssas davranmalıyıq. Hələ-hələ "döyüş alnımıza yazılıb" şüarı ilə efirə çıxan ANS. Sözümün canı ondadır ki, ANS-ə Rusiyadan dəstək verən o altı nəfərdən Anna Şatilovanın "Youtube"da "Razqovor s armyanskim aksentom" erməni kanalında erməniləri, erməni konyakını və s. o ki var tərifləyən videosu yayılıb ki, ona baxan istənilən azərbaycanlıda belə bir insanın Azərbaycanda baş verənlərə xoş niyyətdən yanaşdığına şübhə yaranır.

Vladimir Maşkovla bağlı informasiya isə budur ki, erməni saytları onun Spitak zəlzələsi ilə bağlı filmdə baş rollardan birini oynayacağını yazır. Babalı öz boyunlarına. Emmanuil Vitorqan isə "Youtube"da yer alan videoda Moskva erməni teatrının yubileyi ilə bağlı çıxış edir və əlbəttə ki, ermənilər, erməni teatrı barədə müsbət fikirlər səsləndirir. Düzdür, demək olmaz ki, bu adları çəkilən rus incəsənət xadimləri bizim düşmənimizdir. Amma istər-istəməz Azərbaycan ictimaiyyəti bu cür halları xoş qarşılamır. Buna görə də həmin rus incəsənət xadimlərinin kimisə dəstəkləməsi üzərində qurulan şounun tərs üzününün ola biləcəyini də nəzərə almaq lazımdır. Bəlkə erməniləri tərifləyən, indi isə ANS-i dəstəkləyən o rus incəsənət adamları ANS ÇM-də erməni mahnıları səsləndirilməsini eşidib cuşa gəliblər?"

Sevinc Yasinqızı
AzNews.az
Bağla X