Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin vaxtı müəyyənləşib. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin vaxtı müəyyənləşib.

Putin əvvəlcə Bakıya, sonra İrəvana gedəcək – Yeni iddia

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin vaxtı müəyyənləşib.


AzNews.az xəbər verir ki, "İnterfaks-Azərbaycan"ın məlumatına görə, səfər may ayının sonlarına qədər baş tutacaq. "Böyük ehtimalla, səfərin məqsədi Azərbaycan rəhbərliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını, həmçinin son zamanlar Azərbaycan- Ermənistan qoşunlarının təmas xəttində yaranmış vəziyyəti müzakirə etməkdir", -deyə mənbə bildirib.

Onun sözlərinə görə, Putinin İrəvana səfər edəcəyi də istisna edilmir.

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidentinin Bakıya təcili səfər edəcəyi barədə məlumat yayılmışdı.

Aydan AXUNDOVA