02:55
(077) 610-22-33

Ermənistandan Azərbaycana silah qadağası çağırışı

  • >
6 146 12 May 2016 00:22 | Siyasət

Ermənistan Cənubi Qafqazın münaqişəli ölkələrinə silah satışını məhdudlaşdırmağı təklif edib.


Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Avstriyanın "Die Presse" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda münaqişə edən ölkələrə embarqo tətbiq etmək lazımdır.

"Mən regionun bütün münaqişə edən tərəfləri üçün tam embarqo olunmasını dəstəkləyirəm. ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa buna BMT Təhlükəsizlik şurasında nail ola bilər. Belə düzgün olacaq", - deyə Koçaryan bildirib.

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov açıqlamasında bildirib ki, Ermənistan sadəcə gündəmin mövzusunu dəyişmək üçün bu fikri ortalığa atıb.

"Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan yaxşı olardı ki, bu sualı öz hökümətinə versin ki niyə Ermənistan aprelin 7-dən başlayaraq sürətli şəkildə silahlanır və Rusiya, digər ölkələrlə danışıq aparıb onlardan silah istəyir. Regionda niyə münaqişə olmalıdır? Şavarş Koçaryan bu sualı özünə və rəhbərlərinə versin. Ermənistan işğalçı siyasət apardığına görə, regionda bu gərginlik var. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunandan sonra bizə silah lazım deyil. Ermənilər normal qonşuluq münasibətində Azərbaycanla yaşayacaqsa, beynalxaq hüqüq normalara riayət edəcəksə biz onlara da silah sata bilərik. Azərbaycanın bu gün bundan sonra böyük silahlara ehtiyacı yoxdur. Azərbaycandan qat-qat iqtisadi imkanları zəif olan Ermənistan fikirləşsin ki, o heç bir vəchlə Azərbaycanla silahlanma yarışına girə bilməz. Azərbaycanın son dövrlər aldığı silahlar Ermənistan ordusunda yoxdur. Cənubi Qafqaz dedikdə Gürcüstanda bura daxildir. Nə əcəb deməyiblər Gürcüstana da silah sataşına embarqo qoyulsun", - Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, Ermənistan tibbi dillə desək "qaşınır". "Bunların bədəninə sanki hansısa yara düşüb. Gah Azərbaycana ərazi iddiaları irəli sürürlər, gah Gürcüstana ərazi iddiaları irəli sürürlər. İndidə başlayıblar BMT Təhlükəsizlik şurası. Nəyə görə, BMT Təhlükəsizlik şurasının dörd məlum qətnaməsini yadlarına sala bilmirlər", - deyə ekspert qeyd edib.

Ekspert deyir ki, ATƏT-in Minsk qrupu yaxşı olardı ki, Ermənistanın tərbiyəsiynən məşğul olsun. Çünki Ermənistan tərbiyəsizlik nümayiş etdirir. Özünü tərbiyəli aparsaydı BMT-yə hörmət qoyardı.

Beynəlxalq hərbi statistika agentlikləri Azərbaycan Silahlı Qüvvələrinin dünya orduları sırasında mövqelərini möhkəmlədirdiyini konkret rəqəmlərlə izah edir.

Bu il aprelin 11-də "Global Firepower" analitik şirkəti dünyada ən güclü ordularının siyahısında Azərbaycan Silahlı Qüvvələrinin adını 60-cı sırada qeyd edib. Ötən il isə siyahıda ölkəmizin adı 64-cü pillədə idi.

9 milyondan artıq əhalisi olan Azərbaycan Ordusunun müdafiə xərcləri 3 milyard dollardan çoxdur. Tank sayı 314, hərbi təyyarə 127 ədəd kimi göstərilib. Ermənistanda isə 3 milyondan çox əhalinin müqabilində müdafiə xərcləri 225 milyon dollardır. Tank sayı 116, hərbi təyyarələr isə 63-dür. Bu rəqəmlər Ermənistan-Azərbaycan təmas xəttində baş verən son toqquşmadan sonra açıqlanıb. Dördgünlük döyüşlərdə Azərbaycan Ordusu qarşı tərəfin onlarla tankını və artilleriya qurğusunu sıradan çıxardı.


Anspress.com
Bağla X