Ermənistan prezidenti Serj Sarkisyan Vyanaya işgüzar səfərə gedəcək. Ermənistan prezidenti Serj Sarkisyan Vyanaya işgüzar səfərə gedəcək.

Sarkisyan Vyanaya gedir

Ermənistan prezidenti Serj Sarkisyan Vyanaya işgüzar səfərə gedəcək.


AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər mayın 16-da baş tutacaq. Burada Sarkisyan ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə baş tutacaq bir sıra işgüzar görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, həmin gün Vyanada Sarkisyanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün də baş tutacağı bildirilir. Həmin görüşdə ABŞ, Fransa və Rusiya nümayəndələri də iştirak edəcək.

Əldə edilən məlumata görə, ABŞ-ı sözügedən görüşdə ABŞ dövlət katibi Con Kerri təmsil edəcək. Belə ki, Kerrinin mayın 16-17-də Vyanaya səfər edəcəyi və Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak edəcəyi ilə bağlı məlumat yayılıb.

Aydan AXUNDOVA