07:48
(077) 610-22-33

Azərbaycan nümayəndə heyəti Britaniya Kraliçasının qəbulunda

  • >
1 535 14 May 2016 19:38 | Siyasət

Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə keçirilən tədbirlər çərçivəsində Vindsor qəsrində onun adından çay ziyafəti verilib.


AzNews.az-ın AzərTAc-a istinadən məlumatına görə, atçılıq tədbirlərində iştirak edən 12 dövlətin 150-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən ziyafətdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Böyük Britaniyadakı səfirimiz Tahir Tağızadə, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov və nümayəndə heyətinin digər üzvləri təmsil ediblər.

Tədbirin ilk hissəsində Kraliça hər bir ölkəni təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə ayrıca görüş keçirdikdən sonra ümumi zala daxil olaraq iştirakçı ölkələrin nümayəndələri ilə tanış olub və onlar haqqında məlumatlar alıb.

Azərbaycan nümayəndə heyəti ilə görüş zamanı 1956-cı ildə Kraliçaya "Zaman" ləqəbli Qarabağ atının hədiyyə olunduğu xatırladılıb. Kraliçaya builki tədbirlərdə 14 Qarabağ və əlavə olaraq digər yerli cinsimizin nümayəndəsi olan 1 Dilbaz atının tədbirlərdə iştirak etdiyi barədə məlumat verilib.

Sonda iştirakçı ölkələrin nümayəndələrinə Britaniya çay mədəniyyətinə uyğun olaraq ziyafət verilib.
Bağla X