“Mövcud durumu ilə Metsamor AES Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycan üçün ən ciddi təhlükədir”. “Mövcud durumu ilə Metsamor AES Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycan üçün ən ciddi təhlükədir”.

Türkiyəli ekspert: “Metsamor-un ləğv edilməsi ən düzgün addım olardı”

“Mövcud durumu ilə Metsamor AES Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycan üçün ən ciddi təhlükədir”.


Bu sözləri Türkiyənin Avropa Birliyi üzrə tanınmış eksperti, İstanbuldakı Sabancı Universitetinin Avropa Birliyi Araşdırmaları Mərkəzinin direktoru, dosent Cengiz Aktar deyib.

C. Aktar bildirib ki, SSRİ dövründə inşa edilmiş Metsamor Atom Elektrik Stansiyasının bərpasına nə Rusiyanın, nə də Ermənistanın maddi gücü var: "Metsamor stansiyasında istifadə edilən texnologiya tamamilə tullantı vəziyyətinə düşdüyünə görə, onun indiki vəziyyəti Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycana təhdiddən başqa bir şey deyil. Türkiyə ilə Ermənistan arasında münasibətlərin olmaması da Metsamor stansiyasını Türkiyəyə qarşı əlavə bir təhdid aləti halına gətirir. Söhbət Metsamor stansiyasının təmirindən və yenidən işə salınmasından gedərsə, burada Norveç və ya ABŞ texnologiyasından istifadə gündəmə gələ bilər ki, onlar da həddindən artıq baha olduğuna görə, nə Ermənistanın, nə də Rusiyanın almağa gücü çatar. Ona görə də, mövcud vəziyyətdə reallıqları nəzərə alaraq, Metsamor AES-in ləğv edilməsi ən düzgün addım olacaq".

Ankaradakı Avrasiya Araşdırmaları Mərkəzinin fəxri sədri və "Armenian studies" jurnalının baş redaktoru, istefada olan səfir Ömər Lütəm də Metsamor AES-in bağlanmasının zəruriliyini vurğulayıb: "Sovet texnologiyası ilə inşa edilmiş o stansiya çox köhnəlib, yenidən təmir etmək mümkün deyil. Rusiya Metsamor AES-in təmiri üçün pul vəd etsə də, vədini yerinə yetirə bilmir. Çünki Rusiyanın özünün iqtisadi durumu yaxşı deyil. Bəlkə AB ölkələrindən dəstək gələ bilərdi, ancaq o qədər pulu AB də verə bilməyəcəyi kimi, Rusiya-AB münasibətlərinin hal-hazırkı durumu da buna mane olur. Atom elektrik stansiyasının indiki durumu bölgə ölkələrinin hamısını - Türkiyəni, Azərbaycanı, Gürcüstanı, İranı və Ermənistanın özünü təhdid edir. Ona görə də, vaxt itirmədən Metsamor AES-in fəaliyyətinin həmişəlik dayandırılmasının ən doğru yol olduğunu düşünürəm".

APA.az