Aprel ayının əvvəllərindən baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüb. Aprel ayının əvvəllərindən baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüb.

Əliyevlə Sarkisyan görüşü başladı - Yenilənib

Aprel ayının əvvəllərindən baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüb.


Görüşdə ATƏT-in Minsk qrupunun həmsdərləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edir.

Prezidentlər görüşdə üz-üzə əyləşiblər. Prezidentlər və nazirlər görüşdən əvvəl jurnalistlərə açiqlama verməyiblər. Prezidentin mətbuat katibi Azər Qasımovun verdiyi məlumata görə, görüşdə söhbət ilk növbədə atəşin dayandırılması və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması prosesinin perspektivi barədə olacaq.

Ermənistan Xarici İşlər Nazirliyinin görüşə qədər verdiyi məlumata görə, onların bu görüşdən gözləntisi 1994-cü il atəşkəs razılaşdırmasının möhkəmləndirilməsidir.

Prezident İlham Əliyev bu toplantıdan əvvəl Avropa diplomatiyasinin rəhbəri Federika Moqerini və ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.

Prezidentlərin bundan əvvəlki görüşü isə keçən il 19 dekabrda Berndə keçirilmişdi. Görüş nəticəsiz başa çatmışdı.

***
21:10

Avropa diplomatiyasının rəhbəri Federika Moqerini Azərbacyan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara başlayıb.

Bu barədə nümayəndə heyətlərindəki mənbə TASS agentliyinə bildirib.

"İki ölkənin prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri ilə danışıqlarındən əvvəl Moqerini Əliyev və Sarkisyanla görüşür", - mənbə bildirib.

Anspress.com