Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlir. Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlir.

Putin Bakıya gəlir

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlir.


AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvətilə avqustun 8-də baş tutacaq. Həmin tarixdə Bakıda Azərbaycan, Rusiya və İran liderlərinin ilk üçtərəfli görüşü keçiriləcək. Putin, Əliyev və İran prezidenti Həsən Ruhaninin beynəlxalq və regional siyasətin aktual məsələlərini, xüsusilə enerji və nəqliyyat sahəsində praktiki əməkdaşlığın qurulmasının perspektivlərini müzakirə edəcəyi gözlənilir.

Bakı səfəri zamanı Rusiya prezidentinin Azərbaycan və İran liderləri ilə ayrı-ayrılıqda ikitərəfli danışıqlarının planlaşdırıldığı da bildirilir.

Aydan AXUNDOVA