06:28
(077) 610-22-33

İş adamına qarşı iddialar təkzib olundu

  • >
6 338 2 Avqust 2016 16:57 | Siyasət

Məlum olduğu kimi, ötən il “Parabank”ın “Nəsimi” filialının bunkerində “Kia Motors” MMC-nin qeydiyyata salınmayan, dövlətdən gizlədilərək saxlanılan 40 milyona yaxın vəsaitinin olması, onun qeyri-qanuni dövr etdirilməsi və bu pulun müəyyən hissəsinin yoxa çıxmasından sonra bir nəfərin müəmmalı şəkildə ölməsi barədə məlumatlar yayılmışdı.

Sözügedən faktlarla əlaqədar başlanan cinayət işi hər tərəfli araşdırılıb və "Kia Motors Az" MMC-nin bankda saxladığı vəsaitin 680 min manatının yoxa çıxması təsdiqlənib. Bununla əlaqədar da şübhəli şəxs qismində 2012-ci ilə kimi bankın sözügedən filialında xəzinədar işləmiş Kazımov Ülvi Elçin oğlu saxlanılıb. Ülvi Kazımovun ailə üzvləri çoxsaylı mətbuat orqanlarında baş vermiş cinayət hadisəsinin gizlədildiyini, həqiqətlərin saxtalaşdırıldığını bildirərək "Kia Motors"un dövlətdən gizlətdiyi 40 milyon pulu "Parabank"ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanılıb və müəyyən müddətlərdə dövriyyəyə buraxıldığını qeyd etmişdilər. İddia etmişdilər ki, Ü.Kazımov qeyri-qanuni, "Kia Motors" rəhbərliyinin sifarişi ilə həbs olunub.

Bu gün isə Ülvi Kazımovun yaxınları redaksiyamıza müraciət edərək, iddialarını təkzib ediblər. Onların sözlərinə görə, məhkəmə prosesi vaxtı bəzi məsələlərin üstü açılıb və məlum olub ki, baş verən proseslərdə "Kia Motors" rəhbərliyini ittiham etməkdə yanılıblar: "Buna görə də "Kia Motors" rəhbərliyindən, həmin yazılarda adı keçənlərdən üzr istəyirik. Onların işgüzar nüfuzuna xələl gətirən iddialara görə, narahatçılığımızı bildiririk".
Bağla X