09:32
(077) 610-22-33

Xarici İşlər Nazirliyindən Sarkisyana - Cavab

  • >
1 231 2 Avqust 2016 17:40 | Siyasət

Ölkə daxilində və beynəlxalq səviyyədə nüfuzunu itirmiş Ermənistan rəhbərliyinin bu bəyanatı daxili auditoriyaya ünvanlanmış növbəti açıqlamalardan biridir. Bu bir daha onu göstərir ki, keçmişin əsiri olan Ermənistanın siyasi rəhbərliyi bu günün reallığını dərk etmir, hələ də keçən əsrin 80-ci illərinin sonuna xas “səhra komandiri” təfəkkürü ilə düşünür.


AzNews.az xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ haqqında 1 avqust tarixli açıqlamasını şərh edərkən bildirib.

Hikmət Hacıyev qeyd edib ki, tarixi saxtalaşdıran Ermənistan rəhbərliyinin yaddaşını təzələyərək ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar Ağdərə rayonunun Marağa kəndində 1978-ci ildə qurulmuş "Marağa-150" abidəsini xatırlatmaq istərdik: "Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlaması ilə "Marağa-150" abidəsi də 1988-ci ildə qəsdən ermənilər tərəfindən məhv edildi. Bu məntiqlə yanaşsaq, ermənilər köç edərək bir neçə onilliklər ərzində yaşadıqları digər ölkələrə də "tarixi erməni torpağıdır" deyə ərazi iddiaları irəli sürə bilərlər".

H.Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğalı altında olan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi və suveren ərazisidir: "Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyi gec-tez tam şəkildə təmin olunacaq. Buna əsla heç kimin şübhəsi olmasın".
Bağla X