Avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş olacaq. Bir gün sonra Sank-Peterburq şəhərində Türkiyə və Rusiya prezidentləri bir araya gələcəklər. Artıq xəbər verildiyi kimi, Bakı sammitindən iki, Peterburq görüşündən cəmi bir gün sonra - avqustun 10-da isə prezident Vladimir Putin Moskvada Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edəcək. Avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş olacaq. Bir gün sonra Sank-Peterburq şəhərində Türkiyə və Rusiya prezidentləri bir araya gələcəklər. Artıq xəbər verildiyi kimi, Bakı sammitindən iki, Peterburq görüşündən cəmi bir gün sonra - avqustun 10-da isə prezident Vladimir Putin Moskvada Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edəcək.

Sarkisyan Kremlə təcili niyə çağırılıb? - Səbəblərdən biri Qarabağdır

Avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş olacaq. Bir gün sonra Sank-Peterburq şəhərində Türkiyə və Rusiya prezidentləri bir araya gələcəklər. Artıq xəbər verildiyi kimi, Bakı sammitindən iki, Peterburq görüşündən cəmi bir gün sonra - avqustun 10-da isə prezident Vladimir Putin Moskvada Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edəcək.


Yəni faktiki şəkildə Putin Bakı səfərindən və Ərdoğanla görüşdükdən dərhal sonra Ermənistan prezidenti ilə görüşəcək. Siyasi müşahidəçilər də ən çox bu məqama diqqət yönəldirlər. Görəsən, Putin-Sarkisyan görüşünün belə operativliyi nə ilə bağlıdır, Kreml başçısı satellit ölkənin rəhbərinə əsas nə deyəcək, ona bu dəfə hansı "muncuqlar" verəcək?

Kremlin rəsmi saytında qoyulan xəbərə görə, avqustun 10-da Rusiya və Ermənistan prezidentləri Moskvada ikitərəfli münasibətləri, habelə bir sıra aktual regional və beynəlxalq problemləri müzakirə edəcəklər. Bəs konkret nə diqqətdə olacaq?

*****

Suallara cavab tapmaq üçün öncə Bakı və Peterburq danışıqlarının gündəliyinə nəzər salmaq lazım gəlir. Artıq bəllidir ki, Bakıda Rusiya, İran və Azərbaycan prezidentləri səviyyəsində "Şimal-Cənub" nəqliyyat dəhlizinə dair məsələlər müzakirə olunacaq. Bəllidir ki, bu, üç ölkənin razılaşdırdığı və reallaşmaq üzrə olan strateji əhəmiyyətli nəqliyyat dəhlizidir.



Ancaq şübhə yox ki, Putinin Bakı səfəri zamanı Qarabağ məsələsi də əsas müzakirə mövzularından olacaq. Gözlənilir ki, Putinin Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlarının əsas mövzusu məhz Dağlıq Qarabağ münaqişəsinə dair nizamlama prosesinin hazırkı vəziyyətinə həsr olunacaq.

Bundan əlavə, Rusiya mənbələri məlumat yaymışdı ki, prezident Putinin Bakı səfəri çərçivəsində iki ölkə arasında əlavə silah tədarükü ilə bağlı yeni müqavilələr imzalanacaq. Bakı ilə Moskva arasında silah ticarəti isə işğalçı Ermənistanı həmişə ciddi narahat edən, onu Rusiyadan narazı salan məsələdir.

Bu yerdə yada salaq ki, Kreml Azərbaycanla uğurlu hərbi-texniki əməkdaşlıq içində olsa da, müttəfiqi Ermənistana 200 milyon dollarlıq kredit həcmində silah-sursat verməyə tələsmir. Ehtimal ki, Rusiya prezidenti özünün Bakı səfərinin ardınca Ermənistan prezidentini Moskvaya çağırmaqla ilk növbədə müttəfiq ölkədə bununla bağlı narazılığı səngitmək, rəsmi İrəvanı və erməni ictimaiyyətini sakitləşdirmək niyyəti güdür.

İkinci motiv Qarabağa dair növbəti üçtərəfli sammitin təşkilini, həmçinin hələ ki gündəmdə olan və "Putin planı" adlandırılan nizamlama variantına dair məsələləri müzakirə eləməklə ilgili ola bilərdi.

Nəhayət, üçüncü motiv kimi, Ərdoğan-Putin görüşü və son vaxtlar Ankara-Moskva münasibətlərində başlayan istiləşmədən dolayı Ermənistanın əndişəsini azaltmaq istəyini qeyd eləmək olar. Hər necə olmasa, müttəfiq Rusiyanın iki gündə iki türk respublikasının lideri ilə bir araya gəlməsi işğalçı ölkənin təlaşını artıra, erməni cəmiyyətində anti-Rusiya ovqatını gücləndirə bilər.

Kəsəsi, balans görüntüsü yaratmaq istəyi. Bu xüsusda Moskvada Sarkisyanın 200 milyon dollarlıq kredit silah söhbətini salması tamamilə mümkün görünür. Bakıda yeni silah müqavilələri imzalanarsa, o zaman mümkündür ki, kredit qarşılığında İrəvana silah verilməsi məsələsi də sürətlənsin.



"Avqustun 10-da Putin-Sarkisyan görüşündə müzakirə mövzusu olacaq həlledici məsələ Qarabağ nizamlanması, həmçinin, Moskvanın Ermənistanda daxili sabitliyin təmin edilməsində göstərə biləcəyi kömək olacaq". Bu barədə rusiyalı tanınmış politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, prezident Putinin danışmanlarından biri olan Sergey Markov "Vestnik kavkaza" nəşrinə qarşıdakı görüşlə bağlı gözləntiləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli indi yekun sıçrayışa olduqca yaxındır. "Bu, artıq cari ildə baş tuta bilər. Sıçrayış "Kazan formulu" adlandırılan həll formulu əsasında mümkündür - hansı plana görə ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması qarşılığında Azərbaycan tərəfdən Ermənistanın blokadası götürülür. Həmin bu "Kazan formulu" əsasında artıq indidən ciddi anlaşmaya çıxmaq olar" - politoloq qeyd edib.



Ekspertin fikrincə, Putin-Sarkisyan görüşündə başqa bir mövzu son ay ərzində Ermənistanda müşahidə edilən daxili siyasi vəziyyətin qarışması ilə əlaqəli ola bilər. "Yəqin Vladimir Putin Ermənistanda nə baş verdiyi barədə Sərkisyanın öz dilindən eşitmək istəyir" - Markov vurğulayıb.

"Mən düşünürəm ki, indi Rusiya ilə Ermənistan arasında, hər halda, müttəfiqlik əlaqələri var. Hər iki ölkə KTMT-yə daxildir, Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulmaq prosesinə başlayıb. Rusiya Ermənistana kömək edir, bu ölkədə siyasi və iqtisad sabitliyə görə cavabdehlik daşıyır. Ermənistan isə buna cavab olaraq Rusiyanın lider mövqe tutduğu təşkilatlarda iştirak edir. Əlbəttə ki, Moskva ən əvvəl Ermənistanın təhlükəsizliyinin, onu iqtisadi inkişafının donorudur" - sonda Putinin müşaviri əlavə edib.
*****

Qeyd olunanlardan və ehtimallardan belə bir qənaət hasil olur ki, bu dəfə Serj Sarkisyanı Moskvada 3 "muncuq" gözləyir. Onlardan biri əlbəttə ki, Qarabağa görədir.


Musavat.com