23:16
(077) 610-22-33

Prezidentlərin mühüm görüşü ilə bağlı - Şərh

  • >
3 163 8 Avqust 2016 12:51 | Siyasət

Bir azdan Bakıda Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin üçtərəfli görüşü başlayacaq.


Görüşdə xüsusilə terrorizm və narkotrafik ilə mübarizə, Əfqanıstan, Suriya ilə bağlı fikir mübadiləsi aparılacaq, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə ediləcək.

Politoloq Elxan Şahinoğlu üç ölkə prezidentləri arasında keçiriləcək görüşü şərh edib. O, AzNews.az-a açıqlamasında bildirib ki, əsas müzakirələr Şimal, Cənub dəhlizi ətrafında gedəcək: "Dəmir yolu xəttləri hər iki olkə üçün vacibdir. Rusiyadan çıxan mallar Azərbaycan iran üzərindən Şərq ölkələrinə, eləcə də İrandan çıxan mallar Azərbaycan və Rusiya üzərindən Avropaya istiqamət alacaq. Azərbaycan üçün bu vacibdir. Çünki öz mallarını iki istiqamətdə daşıya bilər".

E.Şahinoğlu qeyd edib ki, avqustun 7-dən İran prezidenti ilə ikitərəfli iqtisadi əlaqələrlə bağlı mühüm danışıqlar aparılır: "Danışıqlar ərəfəsində İranla-Azərbaycan arasında Neftcalada avtomobil zavodunun təməli qoyuldu. Bundan əlavə dərman preparatları zavodunun tikintisində də maraqlıdır. Bu istiqamətdə artıq müəyyən fikirlərə gəlinib. Rusiya prezidenti ilə də ikitərəfli görüş gözlənilir. Bu görüşdə isə Qarabağla bağlı müzakirə aparılacaq".

Politoloq əlavə edib ki, Rusiya prezidenti bir gündən sonra Türkiyə, iki gün sonra isə Moskvada Ermənistan prezidenti ilə görüşəcək: "Düşünmürəm ki, bu görüşlərdə Dağlıq Qarabağla bağlı hər hası irəlləyiş olsun".


Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X