16:09
(077) 610-22-33

Putin: “Qarabağ münaqişəsində qalib hər iki ölkənin xalqı olmalıdır”

  • >
2 542 8 Avqust 2016 17:26 | Siyasət

“Rusiya Azərbaycan və Ermənistanın hər iki tərəf üçün məqbul olan komromis qərar qəbul etməsinə çalışacaq”.


AzNews.az xarici KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

"Siz Qarabağ haqqında danışdınız. Bu, bizə sovet keçmişimizdən qalan problemdir. Bunun həm Azərbaycan, həm də Ermənistan üçün nə dərəcədə kəskin məsələ olduğunu bilirəm. Biz Ermənistan və Azərbaycanın hər iki tərəf üçün məqbul olan kompromis qərarı tapmasına çalışacağıq. Burada qalib iki ölkənin xalqları olmalıdır. Gərək hər iki ölkə bu gün və gələcək nəsillər üçün bu mürəkkəb məsələni həll etdiyini hiss etsin",-deyə Putin qeyd edib.

Aydan AXUNDOVA
Bağla X