Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionun inkişafına mane olur. Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionun inkişafına mane olur.

“Qarabağ münaqişəsinin həll edilməməsi...“ - Elmar Məmmədyarov

Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionun inkişafına mane olur.


Bunu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov İran və Rusiyadan olan həmkarları Məhəmməd Cavad Zərif və Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib: "Rusiya Prezidenti Vladimir Putinlə bugünkü danışıqlar zamanı Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib. Bu gün Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekununa dair qəbul edilmiş bəyannamədə həll olunmamış münaqişələr və onların inkişafa əngəl yaratmasından narahatlıq qeyd olunub".

Xarici işlər nazirinin sözlərinə görə, münaqişə beynəlxalq prinsip və normalara uyğun həll olunmalıdır.


Trend.az