- Köhnə - Siyasət
- 10 Avqust 2016 13:00
- 4 344
Sarkisyandan şok qərar - Milli Təhlükəsizlik Şurası aparatını buraxdı
Ermənistan prezidenti Serj Sarqsyan Milli Təhlükəsizlik Şurası aparatının buraxılması barədə sərəncam imzalayıb.
Sənəddə Prezident Administrasiyasının rəhbəri və Milli Təhlükəsizlik Şurasının katibinə sentyabrın 1-dək Şuranın yeni yaradılacaq katibliyinin nizamnaməsi və tərkibinin təsdiqi ilə bağlı sərəncam vermək üçün prezidentə təqdim etmələri barədə göstəriş verilib.
Sərəncam yeni katibliyin nizamnaməsi və tərkibinin rəsmi dərcindən on gün sonra qüvvəyə minəcək.
Qeyd edilib ki, bu qərar müasir daxili və xarici çağırışlara operativ, effektiv və koordinasiyalı şəkildə reaksiya vermək üçün Milli Təhlükəsizlik Şurasının rolunun artırılması məqsədilə qəbul olunub.
Report.az