Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.

Prezidentin İsmayıllı səfərindən - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.


Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevə Ümummilli Liderin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri, həmçinin son dövrdə rayonda görülən işlər və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.