Yeni Azərbaycan Partiyası şair Salam Sarvanın partiyaya üzv olmaq istəməsiylə bağlı bəyanatına cavab verib. Yeni Azərbaycan Partiyası şair Salam Sarvanın partiyaya üzv olmaq istəməsiylə bağlı bəyanatına cavab verib.

YAP-dan Salam Sarvana cavab: “Prezidentin siyasətini müdafiə edəcəksə...”

Yeni Azərbaycan Partiyası şair Salam Sarvanın partiyaya üzv olmaq istəməsiylə bağlı bəyanatına cavab verib.


YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə AzNews.az-a açıqlamasında bildirib ki, şairi partiyaya böyük məmnuniyyətlə qəbul edərlər: "YAP-a üzv olmaq istədiyini bildirirsə, bu, əlbəttə ki, bizi sevindirir. Salam Sarvanı şəxsən tanıyıram və münasibətimiz var. Onun yazılarını, şeirlərini oxumuşam. Daxilində həmişə vətənpərvərlik, problemlərlə bağlı narahatıq hissi var. Şairə xas olan bütün xüsusiyyətlər Salam Sarvandadır. Hesab edirəm ki, Salam Sarvanı YAP-a böyük məmnuniyyətlə qəbul edərlər. YAP sıralarında Heydər Əliyev yolu ilə gedib və prezidentin siyasətini müdafiə etməklə iştirak etmək istəyirsə, biz ancaq şad ola bilərik".

A.Mirzəzadə hesab edir ki, cəmiyyətdə tanınan bir ziyalının YAP-da fəaliyyət göstərmək istəməsi partiya ideyalarının cəmiyyətdə günü-gündən daha geniş yayıldığını ğöstərir: "Salam Sarvan rəsmi müraciət etsin. Mən ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Partiyamızın üzvlərinin sıralarına xoş gəlir".

Bahar RÜSTƏMLİ
AzNews.az