Müsavat partiyasının lideri İsa Qəmbərin oğlu Turqut Qəmbər saxlanılıb. Müsavat partiyasının lideri İsa Qəmbərin oğlu Turqut Qəmbər saxlanılıb.

İsa Qəmbərin oğlu sərbəst buraxıldı - Yenilənib

Müsavat partiyasının lideri İsa Qəmbərin oğlu Turqut Qəmbər saxlanılıb.


AzNews.az xəbər verir ki, bu barədə T. Qəmbərin dostları feysbuk sosial şəbəkəsində məlumat yayıblar. Məlumata görə, o, Baş Prokurorluğa aparılıb

İsa Qəmbər interpress.az saytına təsdiqləyib. Keçmiş başqan oğlunun hansı səbəbdən saxlanıldığının məlum olmadığını deyib.

Qeyd edək ki, Turqut Qəmbər Nida vətəndaş hərəkatının idarə heyətinin üzvüdür.

***
16:22

Bu gün Apellyasiya Məhkəməsinin qarşısında polis tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılan Turqut Qəmbər sərbəst buraxılıb.