09:34
(077) 610-22-33

Azərbaycanlı Krımın prokuroru təyin edildi

  • >
2 166 22 Avqust 2016 22:17 | Siyasət

Ukraynanın baş prokuroru Yuri Lutsenko Gündüz Məmmədovun Krım Muxtar Respublikasının prokuroru təyin edilməsi barədə əmr imzalayıb.


Bu barədə UBP-nun məlumatında deyilir. Qeyd edək ki, Krım MR-in prokurorluğu Kiyevin Reznitskaya küçəsində yerləşir.

Ukraynanın baş hərbi prokuroru Anatoli Matios avqustun 22-də Məmmədovu prokurorluğun kollektivinə təqdim edib.

Gündüz Məmmədov baş ədliyyə müşaviridir, 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini "hüquqşünaslıq" ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.

2013-cü ilin mart ayından 2013-cü ilin dekabr ayına kimi Ukrayna Milli Prokurorluq Akademiyasında şöbələrdən birinin baş elmi işçisi olub. 2013-cü ilin dekabr ayından 2016-cı ilin avqustuna qədər şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini işləyib.


Virtualaz.org
Bağla X