04:08
(077) 610-22-33

Elnur Aslanovun ölkədən qaçması xəbəri yayıldı - Nazirlikdən açıqlama + Yenilənib

  • >
5 916 23 Avqust 2016 12:52 | Siyasət

Vaxtilə adı Gülən camaatı ilə əlaqədə hallanan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanov ölkədən gedib.


E.Aslanov məzuniyyətə çıxıb və məzuniyyətdən sonra vəzifəsinə geri qayıtmayacaq.

Nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsi faktı təsdiqləyib:

"Elnur Aslanov bir həftə əvvəl öz istəyi ilə məzuniyyətə çıxıb. Məzuniyyət dövrünün nə qədər davam edəcəyi və onun ölkədə olub-olmadığını bilmirik. Ola bilsin ki, sentyabrda işə qayıtsın, ola bilsin ki, məzuniyyət müddəti uzansın. Bu barədə dəqiq məlumatımız yoxdur".

Qeyd edək ki, E.Aslanov 19 dekabr 2007-ci ildə Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilib. Adı Gülən camaatna xidmətdə hallanan E.Aslanov 17 mart 2014-cü ildə vəzifəsindən azad edilib.

Bir müddət əvvəl isə onun FETÖ lideri Fətullah Gülənə yazdığı məktub üzə çıxmışdı.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.

Axar.az


***
16:32


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elnur Aslanovun ölkədən çıxması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Nazirliyin Elektron idarəçiliyin inkişafı şöbəsinin əməkdaşı Şəbnəm Məmmədova AzNews.az-a açıqlamasında bildirib ki, E. Aslanov hazırda məzuniyyətdədir: "Elnur Aslanov məzuniyyətdədir. Bildiyimə görə, bu həftənin sonu məzuniyyəti başa çatacaq və o, işinə qayıdacaq".

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanovun ölkədən getməsi ilə bağlı məlumat yayılıb. Gülənin Azərbaycandakı əsas adamı kimi tanınan Aslanovun Azərbaycana dönməyəcəyi bildirilir. İddiaya görə Gülənçilərə qarşı ölkədə böyük əməliyyatın başlanılacağı gözlənilən bir vaxtda, onun ölkəni tərk etməsi planlı olub.
Bağla X