“Gülənçilər hər yerdə olduğu kimi Azərbaycanı da öz təsiri altına almağa çalışırlar. Ancaq onların Azərbaycanda kök salması, Azərbaycanı öz təsiri altına alması qeyri-mümkündür”. “Gülənçilər hər yerdə olduğu kimi Azərbaycanı da öz təsiri altına almağa çalışırlar. Ancaq onların Azərbaycanda kök salması, Azərbaycanı öz təsiri altına alması qeyri-mümkündür”.

Azərbaycandakı gülənçilərlə bağlı - YAP-dan açıqlama

“Gülənçilər hər yerdə olduğu kimi Azərbaycanı da öz təsiri altına almağa çalışırlar. Ancaq onların Azərbaycanda kök salması, Azərbaycanı öz təsiri altına alması qeyri-mümkündür”.


Bunu AzNews.az-a açıqlamasında YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat hesab edir ki, Gülən hərəkatı heç bir halda Azərbaycanda uğur qazana bilməz: "Azərbaycanlıların müstəqil dövlət, müstəqil siyasət arzusunu ürəyindən silə bilməzlər. Azərbaycanda 1993-cü ildən üzü bu yana mərhum prezident Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan güclü bir dövlət var. Bu baxımdan xaricdən hansısa bir hərəkatın, hansısa bir mərkəzin dövlət aparatına daxil olaraq, dövləti öz təsiri altına salması qeyri-mümkündur. Ayrı-ayrı epizodlar hələ onların Azərbaycanda təsir imkanlarına yiyələnməsi demək deyil".

A.Mirzəzadənin fikrincə, Gülən hərəkatı heç bir halda Azərbaycan müstəqilliyini ələ keçirə bilməzlər: "Bəlkə də Azərbaycanda Gülən tərəfdarları var. Amma bununla yanaşı Azərbaycanda güclü dövlət quruluşu var. Azərbaycan xalqının müstəqil dövlət arzusu kifayət qədər güclüdür".

Bahar RÜSTƏMLİ
AzNews.az