Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb. Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb.

İham Əliyev Moldova prezidentini təbrik etdi

Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb.


AzNews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Moldova Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".