17:05
(077) 610-22-33

Elmar Məmmədyarov Gürcüstana gedir

  • >
942 27 Avqust 2016 19:42 | Siyasət

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana rəsmi səfər edəcək.


Bu barədə Gürcüstan XİN-dən bildirilib. Səfər çərçivəsində Azərbaycanın XİN Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, parlamentin sədri David Usupaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək.

Səfər çərçivəsində E. Məmmədyarov Gürcüstanın müstəqilliyi uğrunda həlak olan qəhrəmanların abidəsini ziyarət edəcək, həmçinin Heydər Əliyevin büstü önünə əklil qoyacaq.

Azərbaycanın XİN-nin Gürcüstana səfəri zamanı Gürcüstan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə olunacaq.


APA.az
Bağla X