Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Elmar Məmmədyarov Gürcüstanın Baş naziri ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Cənub Qaz Dəhlizinin mühüm strateji xarakter daşıdığı qeyd olunub və bu istiqamətdə həyata keçirilən regional layihələrin əhəmiyyəti, eləcə də tərəflər arasında mövcud olan fəal əməkdaşlıq vurğulanıb.

Baş naziri G.Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Gürcüstan hissəsinin inşasının gedişatı barədə məlumat verərək, layihənin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirib.

Nazir E.Məmmədyarov Azərbaycanla Gürcüstan arasında əlaqələrin strateji xarakter daşıdığını və bu münasibətlərin yüksələn xətt üzrə getdiyini qeyd edib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bu xüsusda Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin intensivləşdirilməsi məsələsi müzakirə edilib.

Birgə mühüm infrastruktur layihələrinin həyata keçirilməsi və qarşılıqlı sərmayələrin qoyulmasının vacibliyi qeyd olunan görüşdə, SOCAR-ın Gürcüstandakı fəaliyyətinə də yer ayrılıb.