22:38
(077) 610-22-33

Gürcüstanın baş naziri Bakıya gələcək

  • >
812 29 Avqust 2016 21:45 | Siyasət

Yaxın günlərdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Bakıya rəsmi səfəri gözlənilir.


Bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu gün keçirilən görüşündə qeyd olunub.Gürcüstan hökumətindən bildirilib ki, tərəflər iki ölkənin strateji əməkdaşlığını müzakirə ediblər.

Hökumətin mətbuat xidmətindən bildirilib ki, söhbət zamanı Gürcüstan və Azərbaycanın siyasi, mədəni, ticarət-iqtisadi və enerji sahəsində perspektivlərinin dərinləşdirilməsinə toxunulub.

Giorgi Kvirikaşvili ilə Elmar Məmmədyarov Gürcüstan və Azərbaycanın birgə həyata keçirdikləri regional əhəmiyyətə malik irimiqyaslı enerji layihələrinin iqtisadi inkişaf və təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Görüş çərçivəsində Gürcüstandakı turizmin müsbət dinamikası olduğu qeyd olunub. Bildirilib ki, ölkəyə gələn Azərbaycan turistlərinin sayı artıb. Görüşdə regional təhlükəsizliyə də toxunulub.


APA.az
Bağla X