08:41
(077) 610-22-33

Referendum müşahidəçilərinin sayı açıqlandı

  • >
1 263 31 Avqust 2016 17:23 | Siyasət

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.


İclasda MSK-nın 27 avqust 2016-cı il tarixli iclas protokolu müzakirə edilib. Protokol yekdilliklə qəbul edilib.

İclasda ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədilə müvafiq seçki dairələrinin müəyyən edilməsi müzakirə edilib. Qərar qəbul edilib.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, referendumun keçirilməsi ilə bağlı Komissiya tərəfindən tədbirlər davam edir. Artıq MSK tərəfindən ölkədə 161 müşahidəçi qeydiyyata alınıb. Onlardan 6-sı MDB Parlament Assambleyası Şurasının katibliyini təmsil edir.

İndiyə qədər Dairə Seçki komissiyalarında müşahidə aparmaq üçün 7503 nəfər qeydiyyata alınıb.

MSK sədrinin sözlərinə görə, müşahidə aparmaq hüququ olan hər hansı müşahidəçi üçün problem yaradılmamalıdır: "Sabahdan Seçki dairələri üzrə MSK-nın təlimlərinə başlanacaq. Sonuncu tədbirimiz Penitensiar Xidmətlə birgə olacaq".

M.Pənahov bildirib ki, təşviqat qrupları ilə əlaqələri gücləndirmək lazımdır. Onun sözlərinə görə, səsverməyə 15-20 gün qalmış bülletenlərin paylanması başa çatmalıdır.

Trend.az
Bağla X