04:43
(077) 610-22-33

“Nigar Yaqublu həbs edilərkən...”

  • >
1 217 1 Dekabr 2012 08:33 | Siyasət

“Valideynlərinə tövsiyə etdim ki, bu prosesi siyasiləşdirməsinlər”



"Nigar Yaqublu həbs edilərkən, hətta sanksiya tətbiq edilməmişdən əvvəl onunla bağlı bəzi rəsmi dövlət qurumlarına müraciət etdim ki, qadındır, bəlkə həbs etməyəsiniz?" Bunu AzNews.az-a hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublunun həbsinə münasibət bildirərkən deyib.

O bildirib ki, insan ölümü ilə nəticələnən qəza ehtiyatsızlıq səbəbindən baş verib: "Valideynlərinə də tövsiyə etdim ki, bu prosesi siyasiləşdirməsinlər. Təəssüf ki, şikarını gözləyən canlılar kimi müəyyən adamlar belə hadisələri axtarır və dərhal siyasiləşdirirlər. Tofiq Yaqublu bunun siyasi olmadığını deməsinə baxmayaraq, bəzi "qəhrəmanlar" siyasiləşdirməyə cəhd edirlər. Bu siyasi olay deyil. Sırf ehtiyatsızlıq səbəbindən törədilən cinayət hadisəsidir. Amma zərərçəkən tərəfin barışması halı varsa, belə hesab edirəm ki, Nigar Yaqublu haqqında həbs-qətimkan tədbiri dəyişdirilməli idi. Dəyişdirilməyib, məhkəməsi getdiyi halda da qəti əleyhinəyəm ki, ona həbslik cəza versinlər. Nigar Yaqubluya həbslik cəza verilərsə, onun azadlığa çıxması üçün əlimizdən gələni edəcəyik. Çünki azərbaycanlıyıq, bizim mentalitemiz var".

Qeyd edək ki, Nigar Yaqublunun işi ilə bağlı məhkəmə prosesi dekabrın 5-də davam edəcək. Vəkillərinin onun ev dustaqlığına buraxılması haqda vəsatətinə də bu zaman baxılacaq.

Xatırladaq ki, Nigar Yaqublu Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavinidir. Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasına görə haqqında həbs-qətimkan tədbiri seçilib.

Avtomobil qəzası avqustun 25-də baş verib. Aydın Acalovun maşını "KAMAZ" markalı avtomobillə toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq qəzanın Nigar Yaqublunun təqsiri üzündən baş verdiyini bildirir.

İlkin
AzNews.az
Bağla X