“Bu vəzifəyə Məhərrəm Əliyev kimi təcrübəli bir generalın təyinatı da müsbət rol oynayacaq” “Bu vəzifəyə Məhərrəm Əliyev kimi təcrübəli bir generalın təyinatı da müsbət rol oynayacaq”

Əli Həsənov Administrasiyadakı vəzifə dəyişikliklərini şərh etdi

“Bu vəzifəyə Məhərrəm Əliyev kimi təcrübəli bir generalın təyinatı da müsbət rol oynayacaq”



"Prezident Administrasiyasında baş verən struktur dəyişiklikləri kurasiya işinin effektivliyini artırmaq məqsədi daşıyır". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri dünən prezidentin sərəncamı ilə Administrasiyada baş verən vəzifə dəyişikliklərini şərh edib.

Onun sözlərinə görə, Administrasiya rəhbəri Ramiz Mehdiyevə müavinlərin təyin olunması fəaliyyətin daha da gücləndirilməsi və görülən işlərdə koordinasiyanın, o cümlədən effektivliyin artırılması məqsədilə həyata keçirilib.

Ə.Həsənov Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinə müdir təyinatına da şərh verib: "Bu şöbə əvvəlcədən də mövcud idi, lakin onun rəhbəri vəzifəsi vakant idi. Dövlət başçısının Məhərrəm Əliyevin bu vəzifəyə təyin olunması ilə qəbul etdiyi qərar sözü gedən sahə üzrə də fəaliyyətin güclənməsinə səbəb olacaq. Bu vəzifəyə Məhərrəm Əliyev kimi təcrübəli bir generalın təyinatı da burada müsbət rol oynayacaq".

AzNews.az