22:45
(077) 610-22-33

Eldar Namazov: “Ölkədə demokratik dəyişiklik tez bir zamanda baş tuta bilər”

  • >
1 674 1 Dekabr 2012 14:09 | Siyasət

"Ziyalılar Forumu istəyir ki, ölkədə haqq, ədalət, qanunun aliliyi bərpa olunsun. Demokratik islahatlar aparılsın, mülkiyyət hüququna hörmətlə yanaşılsın. Təhsil, səhiyyə dünya standartlarına cavab verəcək səviyyədə yenidən qurulsun. Korrupsiya aradan qaldırılsın".

Bunu AzNews.az-a Ziyalılar Forumunun üzvü Eldar Namazov deyib. O bildirib ki, Azərbaycanda vətəndaşlarının hüquqlarına, maraqlarına söykənən, ona cavab verən bir sistem qurulmalıdır: "Əgər hakimiyyətin siyasi iradəsi, islahatçı komandası və həmin islahatların düşünülmüş, ölçülüb - biçilmiş bir proqramı varsa, çox tez bir zamanda bu üç amilin üst-üstə düşməsinin uğurlu nəticəsini də görmək mümkündür. Biz bunun real təcrübəsini postsovet məkanı olan qonşu Gürcüstan və Pribaltika ölkələrinin timsalında görmüşük".

Seçki Məcəlləsi ilə bağlı dəyişikliklərə toxunan E.Namazovun sözlərinə görə, bu, ölkədə demokratiyanın inkişafına xidmət etmir. Əksinə çoxpartiyalı sistemin fəaliyyətinə, güclənməsinə mane olan addımdır: "İndi bəlli oldu ki, ölkənin aparıcı partiyaları dövlət büdcəsindən maliyyələşməyəcəklər. Bu, yanlış bir addımdır".

Gültəkin Qəhrəmanlı
AzNews.az

Bağla X