00:43
(077) 610-22-33

Millət vəkili hakimi istefaya çağırdı

  • >
1 318 2 Dekabr 2012 06:02 | Siyasət

"Həmin videoçəkilişə əhəmiyyətsiz yanaşılmayıb. Məsələyə Məhkəmə-Hüquq Şurasında da baxılıb". Bunu AzNews.az-a millət vəkili Çingiz Qənizadə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu videoçəkilişə münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, bu cür görüntülərin hüquqi də olmasa, mənəvi tərəfləri var: "Məhkəmə hakimiyyətinin üzvü olaraq belə söhbətlərdə iştirak etdiyinə, kiminsə pul alıb ona verməməsi faktını vurğuladığına görə və bu videolar həqiqətdirsə, onda o, özü istefa verməlidir. Yəqin ki, bu olacaq".
Qeyd edək ki, Elşad Abdullayev Bakının Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirən video yayıb. Videomaterialda hakimlə Mahir Abdullayev barədə danışılır, onun məhkəmə istintaqına çıxarılmadan azad edilməsi üçün sövdələşmə aparılır.

İlkin
AzNews.az

Bağla X