04:04
(077) 610-22-33

Söyün Sadıqovu tanımıram - EKSKLÜZİV

  • >
1 309 3 Dekabr 2012 07:59 | Siyasət

Əlikram Hümbətov: “Yardım etməyi bacarmırlarsa, maneçilik də etməməlidirlər”



10 günə yaxındır ki, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin (ADN DTB) təsis olunması ilə bağlı müxtəlif fikirlər səslənib və bu fikirlər içərisində təşkilatın təsisçilərindən olan Mehdibəy Səfərov və Eldəniz Quliyev müxtəlif formalarda tənqid edilirlər.

Ölkəni bilərəkdən etnik zəmində bölmək maddəsi ilə cəzalandırılan və uzun illər həbsdə qaldıqdan sonra ölkə vətəndaşlığından çıxarılaraq Azərbaycandan kənarlaşdırılan və hazırda Hollandiyada yaşayan Əlikram Hümbətov da yaradılan birliklə bağlı sükutunu pozdu.

AzNews.az-a bununla bağlı eksklüziv açıqlama verən Ə.Hümbətov bunları bildirib.

"Təşkilatın adında Azərbaycan dövlətçiliyi və demokratiya adında mühüm ifadələr var. Talışlar da Azərbaycan Respublikasının vətəndaşlarıdır, vətənlərində mükəmməl dövlətçiliyin və demokratiyanın olmasını, ərazi bütövlüyünü, ölkədə yaşayan digər xalqların nümayəndələrindən heç də az istəmirlər. Öz adları, milli mənsubiyyətləri ilə ölkənin həmin prosseslərində bərabər hüquqlu vətəndaşları kimi iştirakda təşkilatlanmaq istəyirlər, Hesab edirəm normal düşüncəli, kamil, həqiqi tolerant düşüncəli insanlarımız bu məsələdə onlara imkanları daxilində kömək etməlidirlər. Yardım etməyi bacarmırlarsa, maneçilik də etməməlidirlər".

Əlikram Hümbətova birliyin yaradılması zamanı və ortaya çıxan digər amillərlə bağlı ümumi atmosferi bildirdikdə isə qeyd etdi ki, ola bilər təşkilatın yaradılmasına təkan verən zərurətin digər səbəbləri olsun: "Amma bütün hallarda imkan yaratmaq lazımdır ki, fəaliyyətlərinə başlasınlar. Mən tələsik nəticə çıxarılmasının tərəfdarı deyiləm".

Birliyin yaradılması məsələsində Söyün Sadıqovun dolayısı ilə rolunun olması və bu yolla Rusiyanın Azərbaycanda vəziyyəti gərginləşdirmək istəkləri ilə bağlı ehtimallara da toxunan Əlikram Hümbətov bildirdi ki, onun S.Sadıqov adlı birisi ilə bu günə qədər bu və ya digər şəkildə hər hansı bir əlaqəsi olmayıb: "Belə bir adamı heç tanımıram da.Hansı imkanlara malik olduğundan da məlumatsızam. Bütün hallarda inana bilmərəm ki, Azərbaycandan kənarda kimlərsə Azərbaycanın daxilində nəyisə etməyə qadir olsunlar. Hesab edirəm ki, Azərbaycan Respublikasında yaşayan xalqaların həmrəyliyi, qarşılıqlı etimadı və ölkə gələcəyinin savadlı, ağıllı qurulma istəyi kamil, insani dövlətin quruculuğunda əsas amildi".

AzNews.az
Bağla X