00:46
(077) 610-22-33

Dövlət xidmətləri bütünlüklə elektronlaşdırılacaq

  • >
372 3 Dekabr 2012 10:36 | Siyasət

"2020-ci ilə kimi hədəfimiz bütün dövlət xidmətlərinin tamamilə elektronlaşdırılmasıdır". Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, ölkədə korrupsiya ilə mübarizəni gücləndirməyə imkan verən və hökumətin şəffaflığını təmin edən "elektron hökumət" layihəsi gələcək inkişaf üçün perspektiv hesab olunur: "Bu müddətə kimi vətəndaşlarımızın elektron xidmətlərə çıxışını 100 faizə çadırmaq əsas məqsədlərimizdən biridr. 2020-ci ilə kimi bütün evlərdə yüksək internetə çıxışı təmin etmək, elektron xidmətlərdən istifadə edən vətəndaşların xüsusi çəkisini təxminən 80 faizə çatdırmaq nəzərdə tutulur. Ölkədə yerli şirkətlərə İKT sahəsində maliyyə xidmətlərinin göstərilməsi və o cümlədən, güzəştli kreditlərin verilməsi istiqamətində də müəyyən addımlar atılır".

Onun sözlərinə görə, bu işlərin sürətləndirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev İKT-nin inkişafının stimullaşdırılması və İKT üzrə Dövlət Fondunun yaradılması ilə bağlı sərəncam imzalayıb: "Ekspertlər və bizim bir çox məsləhətçi şirkətlər hesab edir ki, bu addım həyata keçirildikdən sonra Azərbaycanda İKT-nin inkişafına əlverişli investisiya mühütü yaradılacaq. Xüsusi innovasiya zonasının yaradılması çərçivəsində bu ilin noyabrında Azərbaycan prezidenti İlham Əliyevin ölkədə xüsusi yüksək texnologiyalar parkının yaradılması haqqında sərəncamı bu istiqamətdə atılan ikinci ən böyük addımdır. Parkda resurs mərkəzlərinin yaradılması, kiçik və orta innovativ biznesin inkişafı, ixrac imkanlarının artırılması kimi vacib layihələrin həyata keçirilməsi planlaşdırılır".

AzNews.az
Bağla X