11:59
(077) 610-22-33

Rəsul Quliyevin partiyası piketdən xəbərsizdir

  • >
422 3 Dekabr 2012 10:40 | Siyasət

"Bizə piket barədə müraciət olunmayıb". Bunu AzNews.az-a Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər İctimai Palatanın Milli Məclisin qarşısında keçirəcəyi aksiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dekabrın 10-da keçiriləcək aksiya barədə məlumatsız olduqlarından ACP-nin həmin piketdə iştirak edib-etməməsi bəlli deyil.
S.Əkbər Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) keçirəcəyi mitinqlərdən də danışıb: "Bizim müraciətlərimizə Bakı Şəhər İcra Hakimiyyəti cavab verməyib. Sabah Məşvərət Məclisinin toplantısı keçiriləcək. Orada keçiriləcək aksiyalar barədə müzakirələr aparıldıqdan sonra qərar verəcəyik".

İlkin
AzNews.az
Bağla X