04:35
(077) 610-22-33

Fraksiyaçılara dəstək davam edir

  • >
472 3 Dekabr 2012 11:06 | Siyasət

KXCP-də yaranmış "Demokratik Birlik" fraksiyası partiyanın bir neçə rayon şöbələrindən dəstək alıb. Bu barədə AzNews.az-a fraksiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, KXCP-nin Salyan, Kürdəmir, Xətai, Nərimanov və Nizami rayon şöbələrindən sonra Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Yasamal Rayon Şöbəsinin bir qrup fəalı da yığıncaq keçirərək partiyadakı "Demokratik Birlik" fraksiyasının fəaliyyətinə dəstək verib.

Partiya üzvlərinin, keçmiş hərəkatçıların, gənclərin, KXCP Ali Məclisinin üzvlərinin iştirak etdiyi yığıncaqda gündəlikdə dayanan əsas məsələ KXCP-də "Demokratik Birlik" fraksiyasının fəaliyyəti və ona münasibət olub. Yığıncaq iştirakçıları partiyanın mövcud vəziyyəti, müxalif düşərgədən təcrid olunması və siyasi kursdan yayınma kimi problemləri müzakirə edərək "Demokratik Birlik" fraksiyasının çıxış yolu olduğunu qeyd ediblər.

Yığıncağın sonunda iştirakçıların KXCP-də "Demokratik Birlik" fraksiyasının fəaliyyətinə dəstək verməsi və fraksiyanın işində fəal iştirak barədə yekdilliklə qərar qəbul olunub.

Qərar KXCP Ali Məclisinin Yasamal rayon şöbəsini təmsil edən üzvü Xatirə Muradova, KXCP üzvləri - Adışirinov Əhməd, Həmidov Polad, Axundov Ağakərim (keçmiş siyasi məhbus, KXCP Yasamal rayon şöbəsinin qurucusu, alim), Cəfərov Hüseyn, Mehdiyev Vüqar, Rzayev Ramid, Cəfərov Rəşad, Əhmədov İntiqam, Əliyev Sadiq və başqaları tərəfindən imzalanıb.

İlkin
AzNews.az
Bağla X